Almatıda Xocalı faciəsinin qurbanlarının xatirəsi yad edilib

18:28 22 Fevral 2015
53 Ölkə
Ölkə mətbuatı
A- A+


Almatı, 22 fevral, İlahə Əhmədova, AzərTAc
Almatı şəhərində Azərbaycanın Qazaxıstandakı səfirliyinin və “Ozan” Azərbaycanlılar Cəmiyyətinin təşkilatçılığı ilə “Xocalıya ədalət!” kompaniyası çərçivəsində tədbir keçirilib.
İctimai-siyasi xadimlərin və Almatıda fəaliyyət göstərən diaspora təşkilatları təmsilçilərinin iştirak etdikləri tədbirdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Çıxış edənlər Xocalıda törədilmiş cinayətlər barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində bütün imkanlardan istifadə olunacağına, soydaşlarımızın, xüsusilə də tələbələrimizin və gənclərimizin Azərbaycan tarixindəki bu qanlı səhifəni heç zaman unutmayacağına əminliklərini ifadə ediblər.
Natiqlər ermənilərin Xocalıda törətdikləri vəhşiliklərinin bəşəriyyətə qarşı törədilmiş cinayətlərdən ən dəhşətlisi olduğunu vurğulayıb, faciəyə indiyədək dünya birliyi tərəfindən siyasi-hüquqi qiymət verilməməsindən təəssüfləndiklərini bildirmişlər.
Tədbirdə Xocalı faciəsini əks etdirən kitab və şəkillərdən ibarət sərgi təqdim edilib, Xocalı soyqırımı və erməni terrorunu əks etdirən sənədli film nümayiş olunub.
İlahə Əhmədova
AzərTAc-ın xüsusi müxbiri
Almatı

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Almatida_Xocali_faciesinin_qurbanlarinin_xatiresi_yad_edilib-834073

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR