Məhkəmə MHP-nin fövqəladə qurultayla bağlı qərarını dayandırıb
Paylaş
·52 baxış·1 dəq oxu
Bakı. 29 aprel. REPORT.AZ/ Ankara Sülh və Hüquq Məhkəməsi Türkiyə parlamentində 40 deputatla təmsil olunan Milliyyətçi Hərəkat Partiyasının (MHP) fövqəladə qurultay keçirməsi haqda qərarını dayandırıb. "Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu MHP baş katibinin müavini Oktay Öztürk bildirib. Qeyd edək ki, MHP-dəki indiki rəhbərliyə müxalif olan bir qrup bu il mayın 15-də fövqəladə qurultay keçirilməsi haqda qərar qəbul etmişdi.