İtaliyanın Baş naziri “Feyenoord” klubundan üzrxahlıq tələb edir

İtaliyanın Baş naziri “Feyenoord” klubundan üzrxahlıq tələb edir
20:28 22 Fevral 2015
56 Dünya
Ölkə mətbuatı
A- A+


Roma, 22 fevral, AzərTAc
İtaliyanın Baş naziri Matteo Renzi Hollandiyanın “Feyenoord” klubundan Romada yaşanan xoşagəlməz insidentlə bağlı üzrxahlıq tələb edir.
UEFA Avropa liqasının 1/16 final mərhələsi çərçivəsində “Roma”- “Feyenord” qarşılaşmasını izləmək üçün İtaliya paytaxtına gələn hollandiyalı azarkeşlərin şəhərin tarixi meydanlarından birini dağıtmasına Baş nazirin reaksiyası sərt olub. O jurnalistlərə açıqlamasında vurğulayıb ki, bir qrup insanlar tərəfindən Romanın ən gözəl məkanlarından olan bir ərazinin dağıdılması qəbuledilməz və ağlasığmaz bir hərəkətdir: “Bu hadisəyə görə klub üzr istəməlidir”.
Qeyd edək ki, Romanın mərkəzi meydanlarından birində matçdan sonra yaşanan qarşıdurma ilə bağlı artıq 33 nəfər saxlanılıb.
Maqsud Dadaşov
AzərTAc-ın xüsusi müxbiri
Roma


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Italiyanin_Bas_naziri_Feyenoord_klubundan_uzrxahliq_teleb_edir-834082

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR