Bu barədə "Report" BBC-yə istinadən xəbər verir.
Aprelin 30-u gecə saat 1-dən etibarən Dəməşq rayonunda 24 saatlıq, Suriyanın şimal əyaləti Latakiyada - 72 saatlıq müvəqqəti atəşkəs qüvvəyə minib.
Beləliklə, bu rayonlar iki ay əvvəl atəşkəs rejiminin qüvvəyə mindiyi regionlar sırasına daxil olub.