Reynaldo “Qarabağ”ın tarixinə düşüb

Reynaldo “Qarabağ”ın tarixinə düşüb
22:08 22 Fevral 2015
366 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 22 fevral, AzərTAc
“Qarabağ”ın braziliyalı futbolçusu Reynaldo Topaz Premyer Liqasında 30-cu qolunu vurub.
Peşəkar Futbol Liqasından AzərTAc-a bildiriblər ki, son 3 turda meydanı qolsuz tərk etməyən cənubi amerikalı ardıcıl 3-cü dəfə komandasının 1:0 hesablı qələbəsində pay sahibi olub. AZAL və “Simurq”un ardından “Neftçi” ilə görüşün də taleyini həll edən 26 yaşlı hücumçu mövsümdə 6-cı qolunu vurub.
Azərbaycan çempionatında debüt etdiyi 2012/2013-cü il mövsümündə 9 oyunda 2, ötən çempionatda 31 matçda 22 dəfə rəqib qapılarına yol tapan Reynaldo 30-cu qolunu 53-cü matçında vurub.
Premyer Liqadakı bütün qollarını eyni klubun – “Qarabağ”ın heyətində vuran braziliyalı Ağdam təmsilçisinin tarixinə düşüb. O, bu klubun heyətində Azərbaycan çempionatlarında ən çox qol vuran legioner adına yiyələnib. Reynaldo Ağdam klubunda 29 çempionat qolu vuran Georgi Adamiyanı arxada qoyub. Reynaldo Adamiyanı “Qarabağ”ın Azərbaycan çempionatlarındakı 5 ən yaxşı bombardiri siyahısından da çıxarıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Reynaldo_Qarabagin_tarixine_dusub-834087

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR