Ukraynada terror- 2 ölü (FOTO+18)

Ukraynada terror- 2 ölü (FOTO+18)
04:41 23 Fevral 2015
68 Dünya
Ölkə mətbuatı
A- A+

Ukraynada “Avromaydan”ın ildönümü ilə bağlı keçirilən yürüşdə terror aktı həyata keçirilib.

ANS PRESS-in məlumatına görə, Ukrayna Təhlükəsizliki Xidməti (SBU), partlayış nəticəsində ən azı 2 nəfər həlak olduğunu, 11 nəfər yaralandığını bildirib. Ölənlərdən biri polis əməkdaşıdır.

Xarkov Vilayət Prokurorluğu faktla bağlı terror aktı maddəsi ilə cinayət işinə başlayıb.

Ukrayna DİN rəhbərinin müşaviri Anton Geraşşenkonun sözlərinə görə, terror aktı peşəkarcasına həyata keçirilib.

"Yürüşün keçəcəyi yolun kənarında yerləşdirilmiş partlayıcı qurğu qarla örtülmüşdü. Partlayıçı qurğu uzaq məsafədən idarə olunub. Yürüşçülər həmin yerə çatan kimi partlayış baş verib." - deyə daxili işlər nazirinin müşaviri bildirib.

Hadisə yerində istintaq-əməliyyat qrupu üzvləri, mütəxəssislər və kriminalist-ekspertlərin işlədiyi qeyd olunur.
Zərərçəkənlərə tibbi yardım göstərilir, onlar xəstəxanalara çatdırılıb.

Şahidlərdən birinin sözlərinə görə, partlayış yerli vaxtla günorta saat 1 radələrində İdman sarayının yaxınlığında baş verib.

Ukrayna Milli Təhlükəsizlik və Müdaviə Şurasının (SNBO) katibi Aleksandr Turçinov təhlükəsizlik strukturların Xarkovda antiterror əməliyyatına başladıqlarını bildirib: "Artıq partlayışın 4 iştirakçısı saxlanılıb, onlardan silah, o cümlədən, qumbaraatan götürülüb antiterror əməliyyatı davam edir"- deyə Aleksandr Turçinov qeyd edib

Onun sözlərinə görə, SBU-nun məlumatına əsasən, terror aktını törətmiş qrup Rusiyanın Belqorod şəhərində təlim keçib.
Qeyd edəkUkraynada Maydan hərəkatının və Viktor Yanukoviç hakimiyyətinin devrilməsinin 1-ci ildönümü ilə əlaqədar bazar günü paytaxt Kiyev və Ukraynanın bir sıra digər şəhərlərində yürüş aksiyaları keçirilib.







Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=327614

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR