"Report"un məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə R.İsmayıov 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, quldurluq hadisə ötən il Səbail rayonu Badamdar qəsəbəsində baş verib. Sərxoş vəziyyətdə olan R.İsmayıov dostu Vladimir Piskumun evinə gedib. O, əlindəki taxta ilə dostunun arvadı Vera Piskumun boğazına dirəyərək ev sahibindən 21 manat pul alıb. Polis əməkdaşların əməliyyat-axtarış tədbirləri nəticəsində R.İsmayılov həbs edilib.
O, Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə ittiham edilib.