Los-Ancelesdəki yəhudi sinaqoqunda Xocalı soyqırımı anılıb

Los-Ancelesdəki yəhudi sinaqoqunda Xocalı soyqırımı anılıb
11:13 23 Fevral 2015
53 Ölkə
Ölkə mətbuatı
A- A+


Los-Anceles, 23 fevral, AzərTAc
Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar ABŞ-ın Los- Anceles şəhərində yerləşən “Pico Shul” yəhudi sinaqoqunda anım tədbiri keçirilib. Azərbaycanın Los-Ancelesdəki baş konsulluğu ilə birgə keçirilən tədbirdə yəhudi icması ilə yanaşı, digər icmaların da çoxsaylı nümayəndələri iştirak ediblər.
“Pico Shul” sinaqoqunun rəhbəri Ravvin Yona Bukstayn Azərbaycanın tarixi tolerantlıq ənənələrinin beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirildiyini bildirərək, qədim zamanlardan müasir dövrümüzə qədər Azərbaycanda yəhudilərə daim xoş münasibətin göstərildiyini vurğulayıb. O, Azərbaycanın dünyada yaşayan yəhudilərin və İsrailin dostu olduğunu qeyd edərək, Xocalı qətliamına dair anım tədbirinin keçirilməsi ilə yəhudi icmasının azərbaycanlıların dərdini və ağrı-acısını bölüşdüyünü diqqətə çatdırıb.
Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev belə faciəvi gündə Azərbaycan xalqının ağrı-acısını bölüşdüyünə görə “Pico Shul” sinaqoquna və yəhudi icmasına təşəkkür edib. Diplomat bu tədbirin ABŞ-da bir yəhudi sinaqoqunda Xocalı qətliamına həsr olunmuş ilk tədbir kimi tarixə düşdüyünü qeyd edib. O, Azərbaycanda yəhudilərə qardaşlıq münasibətinin göstərildiyini, tarix boyunca çətin günlərdə azərbaycanlıların daim yəhudilərə yardım əlini uzatdığını və onları qoruduğunu bildirib. Diplomat, həmçinin Xocalı soyqırımı haqda həqiqətlərin dünyaya yayılması istiqamətində məqsədyönlü işlər görüldüyünü vurğulayaraq, bu səpkidə Leyla Əliyevanın rəhbərliyi ilə “Xocalıya ədalət!” kampaniyasının son illərdə önəmli nəticələr əldə etdiyini diqqətə çatdırıb.
Xocalı soyqırımının canlı şahidlərindən olan Anar Usubov öz xatirələrini bölüşərək, soyqırımı nəticəsində yalnız ailə üzvlərini və qohum-əqrəbasını deyil, eyni zamanda, uşaqlığını, gəncliyini də itirdiyini bildirib.
“Pico Shul” sinaqoqunun nümayəndəsi Emili Pflaster Xocalı soyqırımı ilə bağlı gerçəklikləri araşdırdığı zaman qarşılaşdığı faktlardan sarsıldığını, baş verən vəhşiliklərin insanlıq anlayışına sığmadığını qeyd edib. O, bir müddət əvvəl Los-Ancelesdə səfərdə olan Xocalı soyqırımının canlı şahidlərindən olan Dürdanə Ağayeva ilə görüşdüyünü, onun başına gətirilənlərdən dəhşətə gəldiyini bildirib. E.Pflaster bəşər tarixində belə faciələrin bir daha yaşanmaması üçün Xocalı həqiqətlərini bütün dünyanın bilməli olduğunu vurğulayıb.
Çıxışlardan sonra tədbir iştirakçıları Xocalı soyqırımının şahidlərindən olan D.Ağayeva ilə Azərbaycanın Los-Ancelesdəki baş konsulluğu tərəfindən hazırlanmış videofilmə baxıblar. Müsahibə janrında olan filmdə D.Ağayeva əsirlikdə olarkən ermənilər tərəfindən ona qarşı törədilmiş vəhşiliklər barədə danışır.
Tədbirin sonunda yəhudi skripka ifaçısı tərəfindən yəhudi soyqırımı Holokosta həsr olunan həzin musiqilər ifa edilib. Tədbir iştirakçıları Xocalı faciəsini əks etdirən fotosərgi ilə də tanış olublar.
Qeyd edək ki, tədbiri pozmağa çalışan Los-Anceles erməni lobbisinin nümayəndələri “Pico Shul” sinaqoqunun divarlarına müxtəlif təhqiramiz qraffitilər yazıblar.
Yusif Babanlı
AzərTAc-ın xüsusi müxbiri
Los-Anceles











Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Los_Ancelesdeki_yehudi_sinaqoqunda_Xocali_soyqirimi_anilib-834121

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR