Fonddan "Report"a verilən məlumata görə, bu məbləğin 1,493 mlrd. dolları AÇG-dən mənfəət nefti, 45 mln. dolları isə "Şahdəniz" yatağından mənfəət qazının satışından əldə olunub.
Qeyd edək ki, 2001-ci ildən 2016-cı il mayın 1-dək ARDNF-ə AÇG-dən 118,502 mlrd. dollar, 2007-ci ildən "Şahdəniz" yatağından isə 2,488 mlrd. dollar vəsait daxil olub.