Azərbaycanda cinayət törədən qadınların sayında artım var.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə bu gün jurnalistlərə açıqlamasında Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəisi vəzifəsini icra edən, ədliyyə general-mayoru Hüseyn Əlixanov deyib.

H.Əlixanov deyib ki, qadın məhkumların sayında ötən illərdə azalma halları olsa da, son bir ildə onların sayında artım var: "Son bir ildə qadınların cinayət törətmə halları artmaqdadır. Həmin qadınlar, əsasən, dələduzluq və insan alveri ilə bağlı cinayət hadisələri törədiblər".

Milli.Az