Ötən il Bərdədə 13 kənd investisiya layihəsi layihə həyata keçirilib

Ötən il Bərdədə 13 kənd investisiya layihəsi layihə həyata keçirilib
12:53 23 Fevral 2015
158 Ölkə
Ölkə mətbuatı
A- A+


Bərdə, 23 fevral, AzərTAc
Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti tərəfindən icra olunan Azərbaycan Kənd İnvestisiya Layihəsi çərçivəsində ötən il Bərdədə 13 layihə həyata keçirilib.
Bərdə Rayon İcra Hakimiyyətindən AzərTAc-a verilən məlumata görə, layihələr çərçivəsində Alpout kəndində yem istehsalı müəssisəsi tikilib, İkinci Hacallı, Həsənqaya, İmamqulubəyli və Körpüsındıran kəndlərində 27,1 kilometr daxili yollar təmir edilib, 9,1 kilometr uzunluğunda arxlar lildən təmizlənib, 11 su keçidi yenidən qurulub. Həmçinin Köbər, Qarayusifli və Yeni Əyricə kəndlərində 4 su anbarı quraşdırılıb, 12,3 kilometr su xətləri çəkilib, 28 bulaq tikilib.
Hazırda Azərbaycan Kənd İnvestisiya Layihəsi çərçivəsində rayonun kəndlərində daha 9 layihə icra olunur.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Oten_il_Berdede_13_kend_investisiya_layihesi_layihe_heyata_kechirilib-834148

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR