“Azəryolservis” 24 saat ərzində fəaliyyət göstərən qaynar xətt istifadəyə verib - FOTO

“Azəryolservis” 24 saat ərzində fəaliyyət göstərən qaynar xətt istifadəyə verib - FOTO
13:07 23 Fevral 2015
Ölkə mətbuatı
A- A+

[ 23 Fevral 2015 13:03 ]


Bakı. Vüsal Nəbiyev - APA-Economics. Azərbaycanda hökm sürən qarlı hava şəraiti ilə əlaqədar “Azəryolservis” ASC-də qaynar xətt fəaliyyətə başlayıb.

 

Bu barədə “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin “APA-Economics”ə açıqlamasında bildirib.

 

Qurum rəsmisi bildirib ki, “Azəryolservis” ASC-də 24 saat ərzində fəaliyyət göstərən növbətçilər çalışır. “Onlar avtomobil yollarındakı vəziyyət və görülən işlərlə barəsində məlumatları qeydə alırlar. Əgər kimsə avtomobil yollarındakı vəziyyətlə bağlı hər hansı məlumat vermək istəsə (012) 493-76-17 və (012) 499-79-14 nömrələrinə zəng etməklə növbətçilərlə əlaqə saxlaya bilər”, - deyə P. Mürsəliyev bildirib.

 

Qeyd edək ki, P. Mürsəliyev qışa hazırlığın artıq dekabr ayında sona çatdığını bildirib və əlavə edib ki, ilkin mərhələ üzrə 25 000 kub metr qum, 2 300 ton duz, 1050-yə yaxın texnika tam hazır vəziyyətdədir.

 

Bundan əlavə hər bir yol-istismar mərkəzində 24 saat çalışan növbətçi briqadalar mövcuddur ki, yollarda yaranmış hər hansı problemlə bağlı dərhal müdaxilə edirlər.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373741

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR