Azərbaycanlılar Kanada parlamenti qarşısında aksiya keçirib - FOTO

14:17 23 Fevral 2015
50 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 23 Fevral 2015 14:15 ]

Bakı. Mübariz Aslanov – APA. Kanadadakı Azərbaycan diasporu paytaxt Ottavada Kanada parlamentinin binası qarşısında etiraz aksiyası keçirib.

Diasporla İş üzrə Dövlət Komitəsindən APA – ya verilən məlumata görə, Vaterloo və Toronto Universitetlərində təhsil alan azərbaycanlı tələbələr tərəfindən təşkil olunmuş aksiyada türk tələbələr də iştirak edib.

Aksiya Xocalı soyqırımı qurbanlarının xatirəsinə bir dəqiqəlik sükut və Azərbaycan himninin oxunması ilə başlayıb. Əllərində Azərbaycan və Türkiyə bayraqları, Xocalı soyqırımının tanınmasına çağırış plakatları tutan tələbələr “Xocalıya ədalət!” şüarları səsləndiriblər.

Daha sonra aksiya iştirakçıları Ottavanın küçələri ilə Ermənistan səfirliyinə doğru hərəkət edib. Yürüş boyu gənclər yerli sakinləri məlumatlandırmaq məqsədilə onlara Xocalı faciəsi barədə broşür, jurnal və digər əyani vəasitlər paylayıb. Etiraz aksiyası Ermənistan səfirliyinin qarşısında erməni terrorizminə və işğala son qoymağa çağıran şüarların səsləndirilməsi ilə yekunlaşıb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373757

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR