13 gün əvvəl yoxa çıxan kişinin meyiti Kür çayından tapıldı
Paylaş
161 baxış·1 dəq oxu
Mingəçevir şəhərində inkin düşən kişinin meyiti tapılıb. Şəhər Polis Şöbəsindən Milli.Az-a verilən məlumata görə, 13 gün əvvəl itkin düşən Hətəm Ağayevin meyiti Kür çayında üzə çıxıb.
Onun özünə qəsd etdiyi ehtimal olunur. Spirtli içkiyə aludə olan H.Ağayevin ehtiyatsızlıqdan çaya düşməsi də istisna olunmur. Hazırda prokurorluq tərəfindən araşdırma aparılır.