Türkiyənin tanınmış müğənnisi Sərdar Ortacın bütün barışmaq cəhdlərinə baxmayaraq Ebru Gündəş onu bağışlamır.Ortacın barışmaq üçün vurduğu zənglər, evinə gül-çiçək yollaması nəticəsiz qalıb
Anspress-in məlumatına görə, həyat yoldaşı Rza Zerrab həbsdə olduğu zaman Sərdar Ortacın dəstək verməməsi Ebru Gündəşi küsdürüb.
Ortacın barışmaq üçün vurduğu zənglər, vasitəçilərdən istifadə etməsi, evinə gül-çiçək yollaması nəticəsiz qalıb.
Sərdar Ortac isə baş verənlərə görə özünü günahkar bilir:
“Ebru haqlıdır. Çətin günlərində onları axtarıb-aramadım. Baş verənlərdən təşvişə düşdüm və qorxdum”.
Ebru Gündəşin həyat yoldaşı Rza Zerrab 2013-cü il dekabrın 17-də həbs olunmuş, 2014-cü il fevralın 28-nə qədər həbsdə qalmışdı.
Xatırladaq ki, Ebru Gündəşlə Sərdar Ortac bir vaxtlar bütün şou-biznesi qısqandıracaq qədər möhkəm dost olublar.
Milli.Az