"Report" xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı "Məişət zorakılığı insan alverinə şərait yaradan sosial problemlərdən biri kimi" mövzusunda keçirilən konfransda deyib.
O bildirib ki, ayrı-ayrı rayonlardan daxil olan statistikalar reallığı əks etdirmir: "Hər il Milli Məclisdə insan alveri ilə bağlı hesabat dinlənilir. Hərdən başqa-başqa qurumların hesabatlarına baxanda məlum olur ki, rəqəmlər bir-birinə uyğun gəlmir. Ona görə də baza təkmilləşdirilməlidir ki, statisika hamıda eyni olsun".