MDB ölkələrinin Təhlükəsizlik və Xüsusi Xidmət Orqanları Rəhbərləri Şurasının növbəti iclası Azərbaycanda keçiriləcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Rusiya Federal Təhqiqat Bürosunun Şuranın Minskdə keçirilən 40-cı iclasının yekunu ilə bağlı bəyanatında deyilir.

Şuranın 41-ci iclasının 2016-cı ilin III və ya IV rübündə keçiriləcəyi bildirilir.

Milli.Az