Bu barədə "Report"a parlamentin mətbuat xidmətindən məlumat verilib.
İclaslarda Türkiyədə demokratik institutların fəaliyyəti ilə bağlı danışıqlar, Azərbaycana və Gürcüstana fakt-araşdırıcı səfərlərin yekunları, terror təhlükəsi və demokratik perspektivlər arasında Liviyanın gələcəyi, Ukraynada böhranın siyasi nəticələri, Belorusda vəziyyət və digər mövzularda müzakirələr aparılacaqdır.
Bundan başqa, S.Seyidov mayın 26-dan 28-dək AŞPA-nın Estoniyanın Tallin şəhərində keçiriləcək Büro və Daimi komitə iclaslarında da iştirak edəcək.