Məhkəmə tibbi ekspertizasının nəticələrinə görə prokurorluq orqanları AN-12 təyyarəsinin 3 heyət üzvünün meyitini qohumlarına verməyə razılıq verilib.

ANS TV-nin məlumatına görə, onlar Nadir Rzayev, Firdovsi Şahverdiyev və Azər Zülfiyevdir. Bu barədə Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası bildirib.

Ömrünün bir hissəsini göyün 7-ci qatında keçirən təyyarəçilərimizin qismətinə elə işlədikləri təyarədən o biri dünyaya keçmək yazılıbmış. Təsəvvür edin onlardan biri Nadir Rzayevin əslində bu son uçuşu olmalıdı idi. O təqaüdə çıxacaqmış. Və elə bu reysə də başqasının yerinə çıxıbmış. Qismət deyil nədi? İndi isə onun meyidinin tanınması üçün əsgərlikdən oğlunu çağırıb qan analizi götürüblər.

Mayın 18-də “Silkvey” şrikətinə məxsus yük təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların meyidlərinin laborator müayinəsinə başlanılıb. Dünyasını dəyişmiş 7 nəfərdən biri Nadir Rzayevin ailəsi artıq Səhiyyə Nazirliyinin məhkəmə tibbi espertiza və patoloji anatomiya birliyinin DNK analizləri üçün mərhumun oğlundan qan nümunələri götürdüyünü dedilər. Artıq meyidlərə tanınmaq məqsədilə baxış da keçirilib.

53 yaşlı, 2 uşaq atası Nadir Rzayev bu uçuşdan sonra təqaüdə çıxmağa hazırlaşırdı. Qardaşı İbrahim Rzayev Nadirin dəfələrlə xarici ölkələrə uçduğunu, komandası ilə birgə dəfələrlə çətin vəziyyətə düşsələr də, çətinliyi məharətlə dəf etdiklərini bildirir. Ailədə olan məlumata görə, AN-12 yük təyyarəsi havaya qalxan kimi yerə çırpılıb. İndi ailənin tək istəyi var, o da Nadir Rzayevin meyidinin ailəsinə tez təhvil verilməsi.

Xatırladaq ki, Azərbaycanın “Silkvey”' şirktinə məxsus yük təyyarəsi may ayının 18-də əfqanıstan ərazisində qəzaya uğrayıb. Təyyarənini göyərtəsində olan 9 ekipaj üzvündən 7-i həlak olub. 2 nəfərsə yaralanıb.

Təyyarə qəzasının qurbanları qohumlarına verildi