"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, investisiya qoyuluşunda bank kreditlərinin həcmi ötən ilin müvafiq dövrünə nisbətən (müqayisəli qiymətlərlə)16,1% artıb.
Hesabata əsasən, əsas kapitala cəmi sərmayə qoyuluşunda bank kreditlərinin xüsusi çəkisi də ötən ilin eyni dövrünə nisbətən 3,3 faiz bəndi artaraq 7,7%-ə çatıb.
Qeyd edək ki, 2016-cı ilin yanvar-aprel aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 4 291,3 mln. manat vəsait yönəldilib, bunun 3 724,7 mln. manatı və ya 86,8%-i məhsul istehsalı obyektləri, 405,7 mln. manatı və ya 9,5%-i xidmət sahələri üzrə obyektlər, 160,9 mln. manatı və ya 3,7%-i isə ümumi sahəsi 443,7 min kv. metr olan yaşayış evlərinin tikintisinə sərf olunub.