Qərb bölgəsində müşahidə edilən güclü külək və dolu qarışıq leysan yağışları bir sıra fəsadlar yaradıb. Ən çox təsirə məruz qalan ərazilərdən biri Şəmkir rayonudur. Güclü külək bir neçə yerdə ağacları kökündən çıxarıb. Bakı-Qazax magistralının Düyərli kəndi ərazisindən keçən hissəsində irigövdəli ağac aşaraq yolu bağlayıb. Kəndlərarası yollarda ağacların aşması ilə hərəkət məhdudlaşıb.

Milli.Az Region TV-yə istinadən xəbər verir ki, güclü külək rayon mərkəzində, kəndlərdə elektrik və yol təsərrüfatlarına ciddi ziyan vurub. Yüksək gərginlikli elektrik xətlərinin sıradan çıxamsı nəticəsində Zəyəm və Düyərli kəndlərində 10 min nəfərə yaxın insan işıqsız qalıb. Güclü külək bir neçə evin dam örtüyünü yararsız hala salıb. Yağan dolu əkin sahələrini yararsız hala salıb.

Rayon Fövqəladə Hallar Komisiyasından bildirilib ki, fəsadların aradan qaldırılması ilə bağlı işlər davam etdirilir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Ağaclar aşdı, kəndlərlə əlaqə kəsildi, 10 min insan işıqsız qaldı - VİDEO - FOTOAğaclar aşdı, kəndlərlə əlaqə kəsildi, 10 min insan işıqsız qaldı

Ağaclar aşdı, kəndlərlə əlaqə kəsildi, 10 min insan işıqsız qaldı - VİDEO - FOTO
Ağaclar aşdı, kəndlərlə əlaqə kəsildi, 10 min insan işıqsız qaldı - VİDEO - FOTO