"Azərbaycan prezidenti İlham Əliyevin elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və "ASAN Viza" sisteminin yaradılması haqqında fərmanını alqışlayırıq".
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard deyib.
M.Mard bildirib ki, bu fərman çox böyük əhəmiyyətə malikdir: "Bu fərman Avropa İttifaqı ölkələrindən Azərbaycana turist axının çoxalmasına şərait yaradacaq. Bildiyiniz kimi, bu yaxınlarda Aİ-Azərbaycan biznes forumu keçirilib. Forumda qeyd olunan məsələlərdən biri də viza prosedurlarının sadələşdirilməsi idi. Bu baxımdan hesab edirəm ki, "ASAN Viza" böyük uğur gətirəcək".
Milli.Az