SOCAR rəhbəri qeyd edib ki, layihə çərçivəsində qənaət 60 mln. dollar olub. R.Abdullayev yeni nəsil qazma qurğusunun inşasında heç bir gecikmənin olmadığını bildirib.
Onun sözlərinə görə, qurğu 2017-ci ilin sonuna hazır olacaq və işlərin 95%-i başa çatıb.
Qeyd edək ki, qazma qurğusunun operatoru qismində "Caspian Drilling Company" şirkəti çıxış edir. Qurğunun tikintisinin podratçısı isə Sinqapurun "Keppel FELS Ltd." şirkəti seçilib.