Diş fırçalayan zaman ağzınızı görə bilmək üçün çox əziyyət çəkirsiz? Belə ki, yeni icad olunmuş Onvi Prophix adlı kabelsiz diş firçası, inteqrasiya edilmiş kamerası ilə köməyinizə çatacaq. Son illərdə statistik məlumatlar onu göstərir ki, istifadəçilər təqdim olunan ağıllı diş fırçalarına olduqca maraq görməyə başlayıb. Diş həkimlərinin də tövsiyə etdiyi ağıllı diş fırçaları indi mütəxəssislər tərəfindən dahada inkişaf etdirilib. Belə ki, Onvi Prophix adlı diş fırçası sayəsində artıq ağzınızın içini kamera ilə görməyiniz mümkün olacaq. Fırça üzərində yerləşdirilən 10MP həllolma dəqiqliyində və Full HD video kamera, kiçik işığı ilə birlikdə ağızınızı rahatlıqla görmənizi təmin edir.
Atıq diş fırçalarkən güzgüyə deyil, uyğun tətbiqə baxmağınız kifayət edəcək. Çünki fırça üzərində yerləşdirilən kamera hər bir addımı canlı olaraq ekrana əks etdirəcək. İstifadəçi, həmçinin dişlərində bir problem olduğunu hiss edərsə, dişinin fotoşəkilini çəkərək həkimi ilə də paylaşa bilər. Eyni zamanda diş fırçasının baş və tutacaq hissəsini istədiyiniz zaman dəyişə biləcəksiniz.
İşinizi bu dərəcə asanlaşdıran Onvi Prohpix adlı yeni cihazın qiyməti, 399 dollar olacaq. Satışına isə yaxın günlərdə başlanması gözlənilir.
Bu barədə daha ətraflı bilmək və eyni zamanda, həftə ərzində texnologiya dünyasında baş verən yeniliklər haqda xəbərdar olmaq istəyirsinizsə, onda mütləq Texno Park-a baxmalısınız.
Texno Park bazar günü 14:00, təkrarı isə çərşənbə axşamı saat 21:00-da Zaur Əliyev-in təqdimatında, Lider kanalında!
Kanalların lideri olan Lider kanalını peyk vasitəsilə aşağıdakı parametrlərdən istifadə etməklə izləyə bilərsiniz.
Azerspace 1 46° E. Tezlik-11135, Polyarizasiya-H, Axın sürəti-27500, FEC 5/6
İnformasiya dəstəyi - Trend, Day.Az, Milli.Az


