“Hər kəsə doğru yol nəsib olmur”

“Hər kəsə doğru yol nəsib olmur”
15:24 3 Yanvar 2015
155 Sosial
Ölkə mətbuatı
A- A+

“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi “Mənəvi mühitdə qadınların rolu” mövzusunda toplantı keçirib. Birlikdən Lent.az-a verilən məlumata görə, tədbirin əvvəlində “Qazi Qarabağ” azanı səsləndirilib, şəhidlərin ruhuna dualar oxunub.
Tədbirdə çıxış edən təşkilatın sədri Sevinc Əzimbəyli bildirib ki, Azərbaycanın mənəvi mühitində hər kəsə doğru yol nəsib olmur. Onun sözlərinə görə, bu gün dövlət tərəfindən dini cameədə yaradılan tolerant mühitdən sui-istifadə edənlər var: “Yaddan çıxarmamalıyıq ki, bizi qarşıda Qarabağ, işğal olunmuş torpaqların azadlığı gözləyir. Biz də Azərbaycan qadını olaraq, bu yolda əlimizdən gələni əsirgəməməliyik. Bu yolda İslam dininin, Peyğəmbər (s.a.s) əxlaqının təbliği haqq yolunda görülən işlərə mübarək vəsilə ola bilər”.  

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR