[ 25 Fevral 2015 16:01 ]
Abu Dabi. Rəşad Süleymanov – APA. ABŞ-ın “Orbital-ATK” şirkəti Azərbaycandan yeni peyk layihəsi üzrə tələbləri gözləyir.
APA-nın məlumatına görə, bunu İDEX-2015 sərgisində jurnalistlərə “Orbital-ATK” şirkətinin vitse-prezidenti Məhəmməd Xan deyib.
Təmsil etdiyi şirkətin “Azerispace-1” peyki layihəsi çərçivəsində “Azerkosmos” ASC ilə məhsuldar təcrübə əldə etdiyini deyən M. Xan işlərə Azərbaycandan gələn tələblər çərçivəsində başlanılacağını bildirib.
M. Xan “Orbital-ATK”nın Azərbaycanla kəşfiyyat peyki üzərində işləməkdə maraqlı olduğunu və tenderin elan edilməsi günü gözlədiklərini qeyd edib.