Millimiz yapon baryerini keçdi

Millimiz yapon baryerini keçdi
18:27 3 Yanvar 2015
180 İdman
Ölkə mətbuatı
A- A+

FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVII ənənəvi beynəlxalq turnirdə 1997-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması bu gün ilk oyununu keçirib.

Trend-in məlumatına görə, yığmamız Yaponiya komandası ilə qarşılaşıb.
Peterburqski İdman-Konsert Kompleksində keçirilən oyun millimizin minimal hesablı qələbəsi ilə başa çatıb. Matçda yeganə qolu 7-ci dəqiqədə Elnur Cəfərov vurub.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR