AzTV kanalında "Parlaq Zəka" intellekt şousunun üçüncü mövsümünün növbəti oyunu efirə getdi. Tamaşaçılar zəkaların "Nəsirəddin Tusi" mövzusunda olan mübarizələrini izlədilər. Müqəddimə mərhələsinin nəticələrinə uyğun olaraq qırmızı yolda Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi tələbəsi Orxan Fətiyev, sarı yolda Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi Kamil Kamilli, yaşıl yolda isə Qafqaz Universitetinin tələbəsi Qorxmaz Aydınlı mübarizə apardı. Bu qarşılaşmanın qalibi Orxan Fətiyev oldu.
Təhsilinizi dünyanın ən yaxşı universitetlərində davam etdirmək istəyən şəxslər üçün "Parlaq Zəka" intellekt şousu növbəti bir şansı təqdim edir. Qaliblərə 40 000, 30 000, 20 000 manatlıq təhsil haqqı qazandıran İntellekt Şousunun III mövsümündə hal-hazırda bakalavr təhsilini davam edəm I, II, III kurs tələbələri müraciət edə bilər.
İnformasiya dəstəyi - Trend.az, Day.Az, Milli.Az




