"İtaliya futbolunun ən yaxşı dönəmi deyil. Ancaq biz döyüşkən bir komanda yaratdıq. Bizimlə müqayisədə İspaniya futbolu hazırda daha irəlidədir. Belə bir komandaya qalib gəldiyimiz üçün futbolçularımla qürur duyuram".

Milli.Az qol.az-a istinadən bildirir ki, bu sözləri İtaliya millisinin baş məçqçisi Antonio Konte İspaniyaya qalib gəldikləri oyundan (2:0) sonra keçirdiyi mətbuat konfransında deyib.

"Avro-2016"nın 1/4 finalında Almaniya ilə qarşılaşacaqları oyun haqda da danışan Konte bu görüşün daha çətin olacağını bildirib:

"Almaniya ilə oyun da çox çətin olacaq. Həmin gün fövqəladə bir oyun oynamalıyıq. Məncə, Almaniya bütün komandalardan güclüdür".

Milli.Az