"Report"un məlumatına görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə A.Hüseynov və Ə.Nağıyevin hər biri 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hər iki şəxs Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə ittiham olunub. Onlar Müdafiə Nazirliyinin giziri Elçin Pənahova qarşı quldurluq etməkdə təqsirli bilinib. Belə ki, A.Hüseynov və Ə.Nağıyev E.Pənahovun qarşısını kəsərək onun üzərinə bıçaq çıxarıb.