Dmitri Nazarovu hələ "Prussen Münster"də çalışdığım vaxtdan yaxşı tanıyıram. Onun futbol ustalığı yüksək səviyyədədir.

Milli.Az apasport.az-a istinadən bildirir ki, bu sözləri Almaniyanın "Aue" klubunun baş məşqçisi Pavel Dotçev deyib.

Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun transferinə münasibət bildirən mütəxəssis yarımmüdafiəçi haqda yüksək fikirdə olduğunu qeyd edib: "Nazarovun komandamızı gücləndirəcəyi şübhə doğurmur. Onun gəlişi komandamızın hücum xəttinin real güclənməsidir".

Qeyd edək ki, 2-ci Bundesliqa klubu ilə 2 illik müqavilə imzalayan Dmitri son 3 ildə eyni dəstədə çıxış edən "Kaelsrue"nin şərəfini qoruyub.

Milli.Az