Yevlaxda ağır yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, dünən saat 18 radələrində Yevlax-Mingəçevir yolunun birinci kilometrliyində "Mercedes" markalı minik avtomobili "QazEL" markalı yük maşınına çırpılıb. Nəticədə "Mercedes"də olanşəxslərdən 26 yaşlı oğlan hadisə yerindəcə keçinib. 40 və 26 yaşlı daha iki kişi ilə 61 yaşlı qadın isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Yevlax rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.