Maliyyə Bazarlarına Nəzarət Palatasında yeni təyinatlar olub.
Platadan Trend-ə verilən məlumata görə, qurumun Direktorlar Şurasının qərarına əsasən, Asim Zülfüqarov baş icraçı direktorun müavini - Strateji xidmətlər departamentinin direktoru vəzifəsinə, İmran Məmmədov isə Bank fəaliyyətinə nəzarət departamentinin direktoru vəzifəsinə təyin olunublar.
Xatırladaq ki, onlar bu vəzifələri müvəqqəti icra edirdilər.
Milli.Az