“Report”un məlumatına görə, hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası iyulun 18-nə təyin edilib.
Qeyd edək ki, hər iki şəxs Bakı şəhər sakinlərinə qarşı quldurluq edib. Zərərçəkmişlər bununla bağlı polisə müraciət edib. Polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində N.İmanov və N.İbrahimov saxlanılıb.
Onlar Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 181.2.5-ci (quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddələri ilə ittiham ediliblər.
Bakı Ağır Cinayətlər Məhkəmənin hökmü ilə N.İbrahimov 9 il, N.İmanov isə 8 il müddətə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumların müdafiəçiləri apellyasiya şikayəti veriblər.