“Fənərbaxça” liderliyə belə yüksəldi (VİDEO)

“Fənərbaxça” liderliyə belə yüksəldi (VİDEO)
04:51 4 Yanvar 2015
173 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyə superliqasında 16-cı turun oyunlarına start verilib.

ANS PRESS-in məlumatına görə, turun ilk oyun günündə 6 komanda gücünü sınayıb.

Turun açılış matçı "Rizəspor"la "Konyaspor" arasında keçirilib. Bu görüşdə tərəflər sülh bağlayıb - 1:1.

"Bursaspor" isə öz meydanında "Akhisar"ı qəbul edib. Matç ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

"Fənərbaxça" klubu isə doğma azarkeşləri önündə "Başakşəhər"lə qarşılaşıb. "Sarı-lacivərdlilər" rəqibinə 2 cavabsız qolla qalib gələrək turnir cədvəlinin ilk pilləsinə yüksəlib.

Qeyd edək ki, superliqada 5-ci tura bazar ertəsi keçiriləcək 2 oyunla yekun vurulacaq.


3 yanvar, Türkiyə superliqası, 16-cı tur:

"Rizəspor" - "Konyaspor" - 1:1
Qollar: Kadah, 10 (1:0), Kampos, 77 (1:1)

"Bursaspor" - "Akhisar" - 3:1
Qollar: Josue, 45+3 (1:0), Civelli, 51 (2:0), Fernandao, 54 (3:0), Konuk, 65 (3:1)

"Fənərbaxça" - Başakşəhər" - 2:0
Qollar: Kuyt, 19 (1:0), Potuk, 49 (2:0)


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=11&nid=317643

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR