Bakı, 27 fevral, AZƏRTAC
Hindistan hökuməti növbəti beş ildə ölkədə dəmir yolu xətləri şəbəkəsinin inkişafına 137 milyard dollar investisiya yatırmağı planlaşdırır. Hökumət, eyni zamanda qiymətlərin qalxmasına imkan vermədən iqtisadi inkişaf tempini sürətləndirməyi də düşünür.
AZƏRTAC Vestifinance.ru saytına istinadla xəbər verir ki, digər sahələrə yönəldiləcək dəmiryol daşımalarından gələn gəlir növbəti maliyyə ilində 8,2 faizdən 11,5 faizə qədər artacaq.
Fevralın 28-də Hindistan hökuməti əsasən infrastrukturun investisiyasını nəzərdə tutan dövlət büdcəsinin ümumi layihəsini təqdim edəcək.
Qeyd edək ki, Hindistan dəmir yol xətlərinin uzunluğuna görə dünyada dördüncü yeri tutur. Çində bu göstəricilər altı dəfə çoxdur və bununla yanaşı, dəmir yol xətləri xeyli müasirdir. Hindistan qatarları əksər vaxt ağzınadək dolu olur və onların sürəti saatda 70 kilometri keçmir.
Fevralın 26-da Standard & Poor's reytinq agentliyi yaxın bir neçə ildə Hindistanın ümumdaxili məhsulunun artacağını proqnozlaşdırır. Agentliyin proqnozuna görə aprelin 1-dən başlayacaq növbəti maliyyə ilində bu göstərici 6,2 faizdən 7,9 faizə qədər yüksələcək.