ABŞ-ın Çikaqo şəhərində naməlum şəxs atəş açıb, 3 nəfər xəsarət alıb

ABŞ-ın Çikaqo şəhərində naməlum şəxs atəş açıb, 3 nəfər xəsarət alıb
07:17 4 Yanvar 2015
471 Dünya
Ölkə mətbuatı
A- A+

[ 04 Yanvar 2015 07:16 ]

Bakı – APA. ABŞ-ın Çikaqo şəhərində (İllinoys ştatı) naməlum şəxs atəş açıb.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, nəticədə 3 nəfər xəsarət alıb.

 

İnsidentin Saut-Sayd dairəsinin Raytvud bölgəsində baş verdiyi bildirilir. İlkin məlumata əsasən, naməlum şəxs içində 3 nəfərin olduğu avtomobilə yaxınlaşaraq atəş açıb.

 

Yaralılar xəstəxanaya çatdırılıb.  Onlardan birinin vəziyyəti ağır kimi qiymətləndirilir.  Hadisənin təfərrüatları müəyyənləşdirilir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR