Meksikanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, görüşdə həmçinin Meksika Neft İnstitunun (İMP) Texnoloji Rəqabət Bölməsinin rəhbəri Victor Ortiz də iştirak edib.
Görüşdə Rodrigo Labardini Meksikanın neft sektorunun inkişafı haqqında qısa məlumat verib və xarici ticarətin artımı, sərmayələr üçün əlverişli mühitin yaradılması istiqamətində işlərdən danışıb.
Öz növbəsində Victor Ortiz təmsil etdiyi institutun əsas fəaliyyətlərindən danışaraq bildirib ki, İMP 900 patentini qeydiyyatından keçiril, 50 tədqiqat layihəsi reallaşdırıb və 3000 nəfərdən artıq işçisi var. V.Ortiz neft sektorunda Meksika və Azərbaycan arasında innovasiyalar və texnologiyaların idarə olunması sahəsində əməkdaşlıqda maraqlı olduğunu qeyd edib.
Görüşün sonunda Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov İMP-in yeni texnologiyalarının inkişafına marağını bildirdi və Afrika, Latın Amerikası və Karib Fondu vasitəsi ilə bəzi layihələrə sərmayələr yatırmağın mümkünlüyünü araşdırmaq üçün danışıqlara başlamağa hazır olduğunu vurğulayıb.