Bakıda Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyasının təşkilatçılığı ilə Mambo Beach istirahət mərkəzində "Baku - Soul of Dance"-yay festivalı keçirilib.
Milli.Az xəbər verir ki, festivalın çərçivəsində milli və müasir, hip-hop kimi, rəqs növləri təqdim olunub. Böyüklər və həmçinin uşaqlar üçün, ölkənin ən güclü DJ-lərdən biri ilə - DJ Nasiroffnan, unudulmaz bir after-party təşkil olunub.
Azərbaycan Rəqs Assosiasiyasının prezidentin köməkçisi Anna Levkina qeyd edib: "Yayı fəal keçirmək lazımdır! Biz, müsabiqələr və yarışlar təşkil edəndə onu elə də keçiririk. Yay - bu əyləncə macərə, bu, yeni dostlardır. Festival qeyri-adi bir formatda, çimərlik meydançasında keçirilib. Çıxışlardan sonra iştirakçılar after-party-də istirahət etdilər. Bizim şüarımız: "Yay, Rəqs və yalnız xoş ovqat"
Azərbaycan Rəqs Assosiasiyasının prezidenti və Azərbaycan Gənclər İtiifaqının sədr müavini Əziz Əzizov dedi: "Bu sezonda təşkilatımızın əsas vəzifələrindən biri - yaradıcı uşaqlar üçün yay istirahətinin təşkilidir. Yaradıcılıq düşərgəsi artıq keçirilib. Qalan iyul və avqust aylarında hər bazar günü şəhərimizin mərkəzində - bulvarda, bütün rəqs növlərdən açıq dərslər keçiriləcək. Hər kəs bu gözəl sənət növündə özünü sınamaq və ya göstərə bilər. Belə dəniz sahilində keçirilən layihələr, sağlam həyat tərzinə, mədəniyyətə və incəsənətə, gənclərimizin birliyinə və əlbəttə ki, dostluğa xidmət edir!"
İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az
Milli.Az













