Azərbaycanlı futbolçu Budaq Nəsirovun “Sportinq”ə keçidinin təfərrüatları açıqlanıb. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi ilə ilkin olaraq, 1 mövsümlük müqavilə imzalanıb.

Nəsirov bu müddətdə özünü yaxşı tərəfdən göstərsə və mövsümün yekununda ehtiyac duyulsa, onun sözləşməsinin müddəti 2021-ci ilin iyun ayına qədər uzadılacaq.

Müqavilədə Nəsirovun başqa kluba keçməsi üçün transfer qiyməti 60 milyon avro olaraq göstərilib.