“Report”un xəbərinə görə, hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası avqustun 11-nə təyin edilib.
Qeyd edək ki, C.Cəfərov 10-a yaxın vətəndaşdan külli miqdarda pul alaraq qaytarmayıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.
Bu il may ayının 31-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Cəfərov 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qaln məhkum apellyasiya şikayəti verib.