Ələt-Astara yolunda ölüm

Ələt-Astara yolunda ölüm
15:37 4 Yanvar 2015
110 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanın Biləsuvar rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib.
APA-nın məlumatına görə, hadisə yanvarın 3-dən 4-nə keçən gecə Ələt-Astara avtomagistralının 104-cü kilometrliyində, yolun rayonun Xırmandalı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
 
Biləsuvar rayon sakini Mahir Nəhmədovun idarə etdiyi "Volkswagen" markalı minik avtomobili Astara istiqamətində hərəkətdə olarkən qarşı tərəfdən gələn "QAZel" markalı yük maşını ilə toqquşub.
 
Zərbənin təsirindən yolun kənarına yuvarlanan "Volkswagen" deformasiyaya uğrayaraq yararsız hala düşüb. Avtomobilin sürücüsü Mahir Nəhmədov müxtəlif dərəcəli bədən xəsarətləri ilə dərhal Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
 
Həkimlərin səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.
 
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR