"Report"un məlumatına görə, qərara əsasən, siyahıya aşağıdakı məzmunda 41-ci hissə əlavə edilib:
“Yoxlama və digər nəzarət tədbirləri çərçivəsində yoxlayıcı orqanlar tərəfindən fiziki və hüquqi şəxslərdən malların (məhsulların) götürülməsi, daşınması, saxlanılması, zərərsizləşdirilməsi və ya məhv edilməsi ilə bağlı xidmətlər”.