Astara rayonunda qətl törədən şəxs həbs edilib
Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Astara rayonu Ərçivan qəsəbəsinin ərazisində yanacaqdoldurma məntəqəsində İltifat Quliyevi qətlə yetirən Ərçivan qəsəbə sakini, əvvəllər məhkum olunmuş 30 yaşlı Əli Cəfərov tutulub.

Qeyd edək ki, fevralın 22-də İ. Quliyevin yanacaq doldurma məntəqəsində üzərində çoxsaylı bıçaq xəsarətləri olan meyidi tapılıb.

Milli.Az