Bakı, 2 mart, AZƏRTAC
“PAŞA Həyat Sığorta” ASC idarə heyətinin sədri Mürsəl Rüstəmov Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) idarə heyətinin sədr müavini seçilib.
“PAŞA Həyat”ın ictimaiyyətlə əlaqələr xidmətindən AZƏRTAC-a bildiriblər ki, ATİB-in növbəti illik ümumi yığıncağında qurumun nizamnaməsinə əsasən, idarə heyətinin tərkibi, ehtiyat üzvləri və idarə heyətinin sədrinin seçilməsi məsələsinə baxılıb və qərarlar qəbul edilib.
Qeyd edək ki, “PAŞA Həyat” 2013-cü ilin fevralından ATİB-in üzvüdür.