"Report"un məlumatına görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə V.Rəsulov 5 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, V.Rəsulov qonşusu Şakir Adnayevi bıçaqlayıb. Məhkəmə prosesində zərərçəkmiş qonşusundan şikayətçi olmadığını bildirib.
V.Rəsulov Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham olunub.