[ 02 Mart 2015 17:02 ]



Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirli bilinən Şamxal Məmmədov, Zaur Hüseynov, Sadiq Abbasov, Mirəli Gəraylı, Əli Cabbarov, Saməddin Həsənəlinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası martın 4-ə təyin edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Suraxanı rayonu ərazisində yerləşən "Lukoil" yanacaqdoldurma məntəqəsində oranın əməkdaşları - Elvin Kərimova və Röyal İsmayılova xəsarət yetirərək seyfdən 5000 manat götürüblər.

Araşdırmalar zamanı onların digər oxşar cinayət əməlləri də müəyyən edilib.