İngiltərənin "Sanderlend" futbol klubunun yarımmüdafiəçisi Adam Conson yetkinlik yaşına çatmamış qıza təcavüzdə suçlanaraq həbs olunub.
Milli.Az The Sun-a istinadən bildirir ki, A.Conson 15 yaşlı qızla cinsi əlaqədə ittiham olunur.
"Sanderlend" klubunun rəhbərliyi istintaq başa çatanadək Adam Consonu bütün matçlardan və məşqlərdən kənarlaşdırıb.
Polis futbolçunun Darem qraflığındakı evində axtarış aparıb. Axtarış zamanı evdə tapança aşkarlanıb.
2012-ci ildən bəri "Sanderlend"də çıxış edən 27 yaşlı futbolçu İngiltərə yığmasının heyətində 12 matçda 2 qol vurub.
Adam Consonun ailəsi ittihamlara inanmadığını deyib.
Futbolçunun qeyri-rəsmi nikahda olduğu xanımı Steysi Flonders isə bildirib ki, "bütün çirkin insinuasiyalara rəğmən Adamı dəstəkləyir və onun yanındadır".
Milli.Az

Populyar futbolçu 15 yaşlı qızı zorlamaqda suçlanır - FOTO