Primetime.az xəbər verir ki, populyar estrada müğənnisi Elçin Cəfərov pərəstişkarlarının rəğbət və sevgisini qazanan məşhurlardandır. İfaçı sevildiyinin fərqindədir.

Və bu sevginin qarşılığında Elçin pərəstişkarlarına Facebook hesabında təşəkkürünü bu sözlərlə ünvanlayıb:

"Əzizlərim, yazdıqlarınızı oxuyuram və mənə çox xoş olur. Cavab yazmamağımı əsla hörmətsizlik kimi hesab etməyin, əksinə, anlamağa çalışın.

Sizi çox sevirəm! Allah bəndələrini sevirsə, bizim bir-birimizi sevməməyə haqqımız yoxdur! Sevginiz üçün təşəkkürlər".

Milli.Az