Bakının Yasamal rayonunda dələduzluq hadisəsi baş verib.

Milli.Az report-a istinadən bildirir ki, Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Mədinə Qurbanova huquq-muhafizə orqanlarına müraciət edərək bildirib ki, 2015-ci ilin fevral ayında Fərid Hüseynov adlı şəxs onu aldadaraq daşınmaz əmlak almaq adı ilə 80 min ABŞ dolları pulunu alıb.

M.Qurbanova ərizəsində bildirib ki, 1979-cu il təvəllüdlü F.Hüseynov Rusiya Federasiyasının vətəndaşıdır.

Faktla bağlı səlahiyyətli orqanlar tərəfindən araşdırma aparılır.

Milli.Az